Xalq artistlərinin qardaşı qəza törətdi

Paytaxtın Yasamal rayonu ərazisində, Azərbaycan Milli Dram Teatrının qarşısında yol qəzası baş verib. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, şirkətlərdən birinə məxsus olan və Elman Məmmədov Zakir oğlunun idarə etdiyi inkasator (pul daşımaq üçün istifadə olunan maşın) Dram Teatrının qarşısındakı yolun kənarındakı məhəccərə çırpılıb. Hadisə nəticəsində sürücü xəsarət almasa da, maşına ziyan dəyib, eyni zamanda yolun kənarında olan yol nişanı əzilib. Yol hadisəsinin baş verməsinə səbəb sürücünün idarəetməni itirməsi olub. Hazırda hadisə yerinə polis əməkdaşları cəlb olunub. İnkasatorın sürücüsü xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların qardaşıdır. Bunu Gülyaz Məmmədova özü də təsdiqləyib: “Qardaşım deyir ki, qarşıma qəfildən taksi çıxdı, içərisində də çoxlu adam var idi, taksi ilə toqquşmamaq üçün maşını kənara qaçırtdım. Ona görə özümə ziyan dəyməsə də, maşına ziyan dəydi”.
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!












