Xəbər portalının rəhbəri edam olunacaq

İran məhkəməsi xəbər portallarından birinin rəhbəri barəsində edam hökmü çıxarıb. Bunu İslam Respublikası Ali Məhkəməsinin sözçüsü Qulamhüseyn İsmaili bildirib.
Onun sözlərinə görə, “Amad nyuz” xəbər portalının rəhbəri Ruhullah Zam xarici kəşfiyyatdan yardım aldığı üçün 2019-cu il oktyabr ayının ortalarında İran İnqilab Keşikçiləri Qvardiyası tərəfindən həbs olunub.
Bildirilib ki, R.Zam 2017-ci ilin dekabrından 2018-ci ilin yanvar ayınadək İranda keçirilən etiraz aksiyalarını rəhbərlik etdiyi xəbər portalında fəal şəkildə işıqlandırıb.
O, inqilab əleyhinə fəaliyyət göstərməkdə ittiham olunub. Bildirilib ki, Fransa kəşfiyyatı R.Zamı fəaliyyətini idarə edib. O, ABŞ və İsrailin kəşfiyyat xidmətlərindən də maliyyə dəstəyi alıb.
Qeyd edilib ki, R.Zam Parisdə sürgündə yaşayıb. Onun harada və hansı şəraitdə həbs olunması barədə məlumat verilməyib. (“Report”)
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ












