Xəstəxanaya yeni təcili tibbi yardım maşınları verildi - FOTO

Səhiyyə Nazirliyi tərəfindən Füzuli rayon Mərkəzi Xəstəxanasına yeni təcili tibbi yardım maşınları verilib. Anspress-in məlumatına görə, təcili tibbi yardım maşını məcburi köçkünlərin məskunlaşdıqları cəbhə xəttindəki Qayıdış qəsəbə xəstəxanasının balansına götürülüb. Bu günə kimi təcili tibbi yardım maşını olmayan qəsəbə sakinləri bu xəbəri sevinc hissi ilə qarşılayıblar.
Qəsəbə sakinləri bildiriblər ki, rayonda təcili tibbi yardım (Ambulans) maşınlarının sayının azlığı, mövcud təcili yardım maşınlarının müasir tələblər səviyyəsində olmaması, keçmiş sovet istehsalı olub istismar müddətini başa vurması, ərazinin genişliyi, müraciətlərin çoxluğu bu sahədə işin təşkilini çətinləşdirdi. Gecə çağırışları, xüsusilə Horadiz şəhəri ilə Qayıdış qəsəbələri arasındakı məsafənin 50 km-dən çox olması çağrışlara vaxtında cavab verilməsində çətinliklər yaradırdı ki, bu da xəstə sahiblərinin haqlı narazılığına səbəb olurdu.
İndi yeni təclili tibbi yardım avtomobilinin verilməsi ilə qəsəbədə yaşayan məcburi köçkünlərin bu problemləri həll olunub.
Balacanın hərbi salamına polislər belə reaksiya verdi - VİDEO
Vaqif Əsədov hərbçiləri peşə bayramı münasibəti ilə TƏBRİK EDİB - FOTO
Azərbaycanın şanlı ordusunun tarixi – 26 İyun Silahlı Qüvvələr Günü
"Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!" - VİDEO
Bakının mərkəzində yolda hərəkət niyə müşkülə çevrilib? - VİDEO
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi - FOTO
Bakıda onlar ölümə doğru gedirlər…
QHT Agentliyinin dəstəyi ilə yol hərəkəti təhlükəsizliyi müzakirə olundu; təkliflər səsləndirildi - VİDEO
“Müstəqil Nəqliyyatçılar” təşkilatı piyada təhlükəsizliyi ilə bağlı ictimai müzakirə keçirib - VİDEO
Xəzər dənizi hansı ölkənin günahı ucbatından quruyur? - EKOLOQ
Ekspert yol hərəkəti təhlükəsizliyi sahəsindəki problemləri sadaladı













