Xəzər dənizi hansı ölkənin günahı ucbatından quruyur? - EKOLOQ

Xəzər dənizinin su səviyyəsinin azalması həm Azərbaycanda, həm də region ölkələrində geniş müzakirə olunan mövzulardan birinə çevrilib. Xüsusilə sosial şəbəkələrdə yayılan bəzi iddialarda Xəzərin dayazlaşmasına görə əsas məsuliyyətin Rusiyanın üzərinə düşdüyü bildirilir.
Avtosfer.az xəbər verir ki, baş verənlər Volqa çayının Xəzər dənizini qidalandıran ən böyük su mənbəyi olması ilə əlaqələndirilir. Rusiyanın Volqa hövzəsində həyata keçirdiyi təsərrüfat fəaliyyəti, su anbarlarının tikintisi və digər layihələr çayın axınına təsir göstərərək Xəzərə daxil olan suyun həcmini azaldır.
Mövzu il bağlı ekoloq Ənvər Əliyev Avtosfer.az-a açıqlamsında bildirib ki, Xəzər dənizinin səviyyəsi Volqa çayı üzərində su anbarları tikilməzdən əvvəl də enib-qalxırdı:

"Tarix boyu Xəzərin səviyyəsində dövri dəyişikliklər müşahidə olunub və bu proses dənizin mövcud olduğu müddət ərzində davam edib. Xəzər dənizinin səviyyəsinin dəyişməsi əsasən iqlim amilləri ilə bağlıdır. Yağıntıların miqdarı, temperatur göstəriciləri, buxarlanma səviyyəsi və atmosfer prosesləri burada həlledici rol oynayır. Son illərdə regionda iqlim şəraitində müəyyən dəyişikliklər müşahidə edilir və bəzi ərazilərdə yağıntıların həcmi əvvəlki dövrlərlə müqayisədə artıb. Atlantik okeanından gələn rütubətli hava axınları, Aralıq dənizi hövzəsi və Rusiyanın cənub düzənlikləri üzərindən hərəkət edərək regionun iqliminə təsir göstərir. Bu proseslər təkcə Azərbaycanda deyil, Yaxın Şərq və digər qonşu regionlarda da yağıntı rejiminin dəyişməsinə səbəb olur".
Ekoloq qeyd edib ki, Xəzərdə təxminən 30-40 ildən bir səviyyənin enməsi və yüksəlməsi dövrləri yaşanır. Oxşar proseslər ötən əsrin müxtəlif dövrlərində də qeydə alınıb:
"Buna görə də hazırkı vəziyyət təbiətdə baş verən uzunmüddətli iqlim və hidroloji proseslərin tərkib hissəsi kimi qiymətləndirilir. Xəzər dənizinin səviyyəsinin dəyişməsini yalnız Volqa çayı və ya hər hansı bir ölkənin fəaliyyəti ilə izah etmək doğru deyil. Bunun arxasında daha geniş miqyaslı təbii və iqlim faktorları dayanır. Bununla belə, gələcəkdə qlobal iqlim dəyişikliklərinin təsirinin artması ehtimalı da istisna edilmir".
Fatimə Dadaşova
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












