Xəzərdə 150-yə yaxın gəmi yoxlanıldı

2015-ci il ərzində 147 gəmidə Dövlət liman nəzarəti və Dövlət Bayraq nəzarəti üzrə yoxlamalar aparılıb ki, qeyd edilən yoxlamaların da 102-si Azərbaycanın 45-i isə xarici dövlətlərin bayraqları altında üzən gəmilərdə həyata keçirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Dəniz Administrasiyasından oxu.az-a bildirilib. “Həmçinin, hesabat dövrü ərzində Azərbaycan Respublikasına mənsub dəniz limanlarına 16401 gəminin girişi və 16479 gəminin çıxışı rəsmiləşdirilib, 3645 gəmi jurnalı təsdiq edilərək təhvil verilib, 645 xarici dövlətin bayrağı altında üzən gəmiyə bələdçi xidməti göstərilib”, - deyə qurumdan qeyd edilib. “Bu il Administrasiyanın əsas vəzifələrindən biri olaraq müəyyən edilmiş Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərin (kiçik həcmli gəmilər istisna olmaqla) dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, habelə gəmi sənədlərinin verilməsi işi yüksək səviyyədə icra edilib. Administrasiya gəmilərin sənədləşdirilməsi işi barəsində də məlumat verib: “Qeyd olunan dövr ərzində Administrasiya tərəfindən 74 gəmiyə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında şəhadətnamə, 22 gəmiyə Mülkiyyət hüququ haqqında şəhadətnamə, 74 gəmiyə Minimum heyət tərkibi haqqında şəhadətnamə, 41 gəmiyə Neftlə çirklənmədən vurulan zərərə görə mülki məsuliyyətin maliyyə təminatı haqqında şəhadətnamə verilib. Bundan başqa, 43 gəmiyə Əmniyyətli İdarəetmə haqqında şəhadətnamə, 144 gəmiyə Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyət ilə bağlı sığorta və ya digər maliyyə təminatı haqqında sertifikat, 19 gəmiyə gəmi reyestrindən çıxarış və 35 gəmiyə Gəmi tarixinin fasiləsiz qeydlər sənədi verilib”.
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Uşağı döyən valideyn 200 manat cərimələnəcək, bəs sonra? - EKSPERT RƏYİ
Yer kürəsində maqnit qasırğası başlayıb
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI
Nəqliyyatda yeni KARTLAR: Gediş haqqında QİYMƏT ARTIMI OLACAQ?
Bu universitetlər Bakıdan KÖÇÜRÜLƏCƏK - Yeni ünvanlar HARA OLACAQ?
Rusiyada dizel yanacağı kəskin bahalaşdı – BİZƏ MÜMKÜN TƏSİRİ
Bu şəxslər 150 manat cərimələnəcək
15 martda keçiriləcək buxarılış imtahanında vəziyyət necə olacaq? - Ekspert AÇIQLADI










