Fərrux yüksəkliyi Azərbaycan Ordusunun nəzarəti altına keçib - VİDEO

Azərbaycan Ordusu beynəlxalq səviyyədə qəbul edilmiş sərhədləri çərçivəsində mövqe və dislokasiya yerlərini dəqiqləşdirir. Birinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusu tərəfindən işğal edilmiş Fərrux yüksəkliyi bir güllə belə atılmadan artıq ordumuzun nəzarəti altındadır.
Avtosfer.az-ın məlumatına görə, ötən gün Müdafiə Nazirliyi də Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata cavab olaraq bildirdi ki, Azərbaycan ərazisində olan kəndin adı Furux deyil, Fərruxdur. Birinci Qarabağ müharibəsi zamanı elə Fərrux zirvəsi uğurunda gedən döyüşlərdə iştirak edən qazi Rey Kərimoğlu deyir ki, 1991-ci il yanvarın 31-də Ağdam Polis Alayının rəhbəri və Azərbaycanın Milli Qəhrəmanı şəhid polkovnik-leytenant Şirin Mirzəyevin rəhbərlik etdiyi batalyonun iştirakı ilə orada döyüş əməliyyatları aparılıb. 1992-ci il yanvarın 31-də Fərrux kəndi erməni işğalından tam azad edilib. Amma yüksəklik ermənilərdə olub. Kərimoğlu bildirir ki, Fərrux yüksəkliyi Qarabağda hərbi-strateji baxımdan ən əhəmiyyətli ərazilərdən biridir. Həmin yüksəkliyin Azərbaycan Ordusunun nəzarətinə keçməsi bütövlükdə Ağdam rayonunun təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir. Rey Kərimoğlu əlavə edib ki, Fərrux yüksəkliyi Xankəndi, Ağdərə yoluna nəzarət baxımından da çox mühümdür.
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT
Orta Dəhlizin regional inkişafı Azərbaycan üçün nə vəd edir? - POLİTOLOQ
“İçərişəhər”də quraşdırılan panduslar nəyə təsir edəcək? - EKSPERT
Bu yollarda TIXAC VAR - SİYAHI
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO










