Xocavənddə xarici şirkətin maşınını oğurlayan şəxslər tutulub - FOTO - VİDEO

Xocavənd Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayon ərazisindən xarici şirkətlərdən birinə məxsus nəqliyyat vasitəsini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən xəbərə görə, daxil olmuş məlumat əsasında Xocavənd RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə “Hovo” markalı yük maşınını oğurlamaqda şübhəli bilinən Elnur Alıpaşayev, Zahir Əsədullayev və İsmayıl Məmişov saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər əvvəlcədən razılaşaraq şirkətin olduğu yerə gəliblər və bir müddət sonra nəqliyyat vasitəsini rayon ərazisindən oğurlayaraq Sumqayıt şəhərinə aparıblar. Polis əməkdaşları tərəfindən avtomobilin də yeri aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Xocavənd RPŞ-də Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə adıçəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO











