Yas mərasimlərində yemək qadağası - Növbə Bakıya çatdı

Son zamanlar Azərbaycanın bir sıra rayon və kəndlərində yas mərasimlərində ehsan verilməsi dayandırılması ilə bağlı fikirlər səsləndirilir. Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən, Şəmkir rayonları və Naxçıvanın Mahmudkənd kəndində artıq yalnız çay süfrəsi ilə kifayətlənmək tövsiyə olunur. Qeyd edək ki, bu qərar rəsmi məcburiyyət deyil, tövsiyə xarakteri daşıyır. Cəmiyyətin müxtəlif təbəqələri tərəfindən fərqli qarşılanmasına baxmayaraq, əsas məqsəd israfçılığın qarşısını almaq və yas mərasimlərini daha sadə və mənəvi dəyərlərə uyğun şəkildə keçirməkdir. Yaxın gələcəkdə bu praktika digər rayonlara da tətbiq ediləcəyi gözlənilir.
Ancaq hələ də paytaxt Bakıda yas mərasimlərində yemək verilməsinin dayandırılması ilə bağlı xəbərlərə rast gəlinmir. Rayonlardan sonra oxşar qaydanın Bakıda da qüvvəyə minəcəyi bildirilir.
Avtosfer.az-ın məlumatına görə, bu barədə Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev bildirib ki, bu, çox doğru və vaxtında verilmiş bir qərardır.
O qeyd edib ki, artıq bir sıra bölgələrdə genişmiqyaslı ehsan mərasimlərinin qarşısı alınıb. Rayon və kəndlərdə ağsaqqalların iştirakı ilə aparılan məsləhətləşmələr nəticəsində belə qənaətə gəlinib ki, yasda təmtərağa ehtiyac yoxdur.
"Bu tendensiyanı tam dəstəkləyirəm. Ancaq təəssüflər olsun ki, hələ də Bakı şəhərində köhnə vərdişlər davam edir. Elə vaxtlar olub ki, yas mərasimlərində süfrəyə bahalı siqaretlər düzülürdü. Bu da özlüyündə yanlış bir yanaşmadır. Bəzən dünyasını dəyişən şəxsin yaxınları təlaş içində qalırlar, dəfn işlərini həyata keçirsinlər, yoxsa ehsan süfrəsi üçün ət, düyü, yağ və digər ərzaq məhsulları alsınlar?”.
Deputat qeyd edib ki, burada Türkiyə nümunəsi bizim üçün yaxşı bir örnək ola bilər.
“Qardaş Türkiyədə əsasən yasda iştirak edən yaxın qohum və qonşulara ehsan verilsə də, amma genişmiqyaslı ehsan süfrələri təşkil olunmur. Mən düşünürəm ki, bizdə də bu ənənə mərhələli şəkildə aradan qaldırılmalıdır”.
E.Musayev onu da diqqətə çatdırıb ki, eyni zamanda toy mərasimlərində də həddindən artıq bədxərc hallar müşahidə olunur:
“Bu da bir növ israfçılıq və özünü göstərmək məqsədi daşıyır. Halbuki toy, evlənən gənclərə xoşbəxtlik arzulamaq, onlara dəstək vermək üçün təşkil olunur. Əgər nəsə vermək lazımdırsa, bu birbaşa gənclərin özünə verilməlidir, yoxsa dəbdəbəli məclislərə yox”, - deyə deputat vurğulayıb.
Sonda millət vəkili bildirib ki, həm yas, həm də toy mərasimlərində sadəlik, mənəvi dəyərlərə önəm vermək və israfdan qaçmaq daha məqsədəuyğundur.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












