Yasamalda yol nişanı və dayanacaq məhv edilib; sakinlər narazıdır – SORĞU - VİDEO

Yasamal rayonunda yerləşən dayanacaq dağıdılıb.
Avtosfer.az xəbər veriri ki, hadisə İnşaatçılar prospektində baş verib. Sakinlərin sözlərinə görə, ötən gün axşam saatlarında krossover model avtomobil idarəetməni itirərək yol nişanına çırpılıb.
Zərbənin gücündən dayanacaq nişanı smart dayanacaq platformasının qapısını və şüşələrini qırıb, metal konstruksiyalar əyilib. Səhər saatlarında dayanacaqdan istifadə etmək istəyən vətəndaşlar mənzərədən şikayətləniblər. Onların sözlərinə görə, bu vəziyyət təkcə şəhər görüntüsünü pozmur, həm də təhlükə yaradır. Qarşıdan gələn soyuq ayları nəzərə aldıqda, vətəndaşların dayanacaqda avtobus gözləmələri onların sağlamlığı üçün də mənfi nəticələrə gətirib çıxara bilər.
Dayanacağım ətrafında göz gəzdirdikdə onun ətrafında əyilmiş metal hissələr və dağıntı izləri aydın görünür. Sakinlər deyir ki, belə halların artması narahatlıq doğurur və aidiyyəti qurumların bu məsələyə daha ciddi yanaşması vacibdir.
Məsələ ilə bağlı AYNA-nın mətbuat katibi Tural Orucov Avtosfer.az saytına açıqlamasında bildirib ki, paytaxt ərazisindəki bütün dayanacaqlarla bağlı mütəmadi olaraq monitorinqlər aparılır:
"Eyni zamanda vətəndaşlardan daxil olan müraciətlər əsasında da yerlərdə pavilyonlara baxış keçirilir. Aşkar edilən nöqsan və çatışmaqzlıqlar aradan qaldırılır.
Müxtəlif zamanlarda kənar müdaxilələr nəticəsində pavilyonun konstruksiyaları və elementləri zədələnir və sıradan çıxarılır, bəzi hallarda isə müxtəlif şəxslər tərəfindən məqsədli şəkildə əmlaka ziyan vurulur.
Dövlət əmlakına ziyanın vurulması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət də olunur".
Fidan
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT












