Yasamalın göbəyində “palçıq bulağı”: “Üç ildir su küçə boyu axır, baxan yoxdur” - AÇIQLAMA - FOTO

Bakının Yasamal rayonunda sakinlər illərdir yol problemindən əziyyət çəkirlər. Bu barədə oxu.az-a sakinlər tərəfindən şikayət daxil olub. Bildirilib ki, söhbət Yasamal rayonunun Vasif Əliyev küçəsi 301, 302, 303 ünvanlarından gedir. Ərazidə yaşayanların sözlərinə görə, palçıqdan hərəkət etmək olmur. Sakinlər qeyd edirlər ki, bu problemin həlli üçün aidiyyəti qurumlara birgə ərizə, müraciət də göndərilib, lakin üç ildir əhalini dinləyən yoxdur:
“Biz məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə, MKİS-ə, eləcə də “Azərsu” ASC-nin əməkdaşlarına da müraciət etmişik. Digər qurumlar ümumiyyətlə reaksiya vermir, “Azərsu” əməkdaşları isə gəlib su borusuna bir çiv vurub gedirlər. İki gün dayanır, sonra yenə eyni mənzərə. Suyun pulunu bir gün verməyəndə o dəqiqə gəlib suyu kəsirlər. Bu su üç ildir ki, küçəyə axır, bir adam reaksiya vermir. Bilmirik ki, kimə və necə müraciət edək ki, problemimizi həll etsinlər.
Yay günü elə ərazilər var ki, insanlar içməyə də su tapmırlar, amma bizim məhəllədən təmiz su bulaq kimi axıb gedir. Küçədən keçmək olmur. Yaşlısı var, uşağı var... Ayaq qoymağa normal yer yoxdur. Vətəndaş kimi bizi heç kim qəbul edib, şikayətimizi dinləmir. Balaca bir küçəni düzəltmək çox böyük problemdir, yəqin ki, heç bir qurum həll edə bilmir”.
Məsələ ilə bağlı açıqlama verən “Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı sözügedən ərazidə su borusunun müvafiq qaydada mərhələli şəkildə dəyişdiriləcəyini deyib:
“Vasif Əliyev küçəsində su borusunun 100 metrdən artıq qəzalı hissəsi dəyişdirilib. Digər hissələri də dəyişdiriləcək. Təkcə Yasamal rayonunun Vasif Əliyev küçəsində deyil, ətrafındakı iki küçədə də su xətlərinin istismar müddəti artıq keçib. Bu səbəbdən qəzalar baş verir. Yaxın zamanlarda Vasif Əliyev küçəsinin geri qalan hissəsində, eləcə də ətraf iki küçədə su xəttinin qəzalı hissəsinin dəyişdirilməsi üçün ərazi üzrə Su İdarəsi tərəfindən smeta hazırlanıb “Azərsu” ASC-yə təqdim edilib. Layihə təsdiqlənən kimi sözügedən ərazidəki istismar müddətini bitirmiş su xətləri dəyişdiriləcək”.
Bakı və Gəncədə avtobus marşrutları Google Maps-də görünəcək
Baş nazirdən cərimələrin qaytarılması ilə bağlı VACİB QƏRAR
Aİ-95 benzin istifadə edənlərə şad xəbər - Natiq Cəfərlidən AÇIQLAMA
Pulsuz dönər aksiyasındakı izdiham müzakirələrə səbəb oldu - VİDEO
İran körfəzdə hərəkəti dayandırıb; neft və qaz bahalaşır - POLİTOLOQ
İrana hücumun əks-sədası: Çin yanacaq ixracını dayandırdı
Bakı yollarında 21 istiqamətdə sıxlıq var
Ramazan ayının iyirmi birinci gününün duası - İmsak və iftar vaxtı
Dayanacağın yanında parkalanan maşınlar avtobusa maneə yaradır - 69-BB-079 - FOTO
Yaxın Şərqdəki müharibə Cənubi Qafqaza necə təsir edəcək? – Politoloq AÇIQLADI
Paytaxtın 14 küçəsində tıxac var - SİYAHI










