Yaxşı eləyirsiz, amma düz eləmirsiz!

İki gündən sonra rayon qeydiyyat nişanı olan avtomobillər paytaxt ərazisinə buraxılmayacaq. Bu qadağa iyulun 1-nə qədər davam edəcək. Qadağa artıq Bakının bir hissəsinə çevrilmiş Sumqayıta da aiddir. "Bakının bir hissəsinə çevrilmiş Sumqayıt" sözlərinə təəccübləndiniz? Nahaq yerə. Artıq uzun illərdir ki, Sumqayıt sakinlərini həyata bağlayan paytaxt Bakıdır. Şəhərin bəzi sakinləri dolanışıqlarını paytaxtdan çıxarırlar. Onlar çörəkpulu dalınca Bakıya gedirlər. Axşamlar isə evlərinə yatmaq üçün qayıdırlar. Artıq uzun illərdir ki, bu belə davam edir.
Sumqayıtla Bakını birləşdirən cəmi 26 kilometrlik şossedir. Bu şosseni saatda 60 km sürətlə hərəkət edən avtomobil cəmi yarım saata qət edir. Ancaq bu yolda maksimal sürət həddinin saatda 110 kilometr olduğunu nəzərə alsaq, mənzərə elə də dramatik görünməməlidir. Yəni hər gün getmək də olar, gəlmək də... nəqliyyat olarsa.
Onsuz da, Sumqayıtdan Bakıya getmək elə də asan iş deyil. Ya gərək şəxsi maşının olsun, ya da ki, taksi ilə getməlisən. (Taksilərin və yolüstü adam aparan maşınların da indi asan deyil işi). Əks halda cəmi 20 dəqiqəlik yolu getmək üçün ən azı iki saat vaxt sərf eləməlisən. Çünki şəhər hakimiyyəti sakinləri heç nəzərə almır. Bu yaxınlara qədər şəhərdə 501 saylı bir marşrut xətti var idi. Həmin marşrut şəhərin əksər məhəllələrindən keçərək paytaxta yola düşürdü. Sakinlər də bir nöqtədən başqasına getmək üçün saatların sərf etmirdilər. Evlərinin yanından keçən marşruta minib Bakıya yola düşürdülər. İki-üç həftə öncə həmin marşrut ləğv edildi.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı milli.az-a açıqlama verən Sumqayıt Şəhər Nəqliyyat Departamentinin rəbhəri Anar Səfərli dedi ki, bütün marşrutlar şəhərin içinə girmədən avtovağzaldan getməlidir. O deyir ki, bu qərarın sakinlər üçün çətinlik yaradacağını anlayır. Ancaq insan övladının bütün çətinliklərə öyrəşdiyini də bilir. Sakinlər bir müddətdən sonra bu çətinliyə öyrəşəcəklər və heç bir problem olmayacaq. Yəni bundan sonra vətəndaş iş yerinə getmək üçün 50 qəpik yox, 1 manat 50 qəpik ödəyəcək. İşə 1 saata yox, 2 saata çatacaq. Və bütün bunlara adaptasiya olunacaq.
Marşrutun bərbad olması Sumqayıt sakinlərini vadar etmişdi ki, hərə kreditə girib bir maşın alsın. Maşını olanlar hər gün qonum-qonşularını da yığıb Bakıya gəlirdilər. Beləliklə şəhərdəki nəqliyyat kollapsının qarşısı alınırdı. İndi həmin maşınların Bakıya da girişi qadağandır.
Əziz məmurlar, Bakıya girişi qadağan edirsiniz, düz edirsiniz. Ancaq insanlar da çətinlik çəkməsin deyə alternativ iş görmək olmazdımı? Əvəzində Sumqayıtdan Bakıya gələn marşrutların sayını artırmaq olmazmı? Həmin marşrutlar tək Sumqayıtın avtovağzalında deyil, şəhərin müxtəlif hissələrində dayansalar, olmazmı?
Bakını tıxaclardan təmizləməklə yaxşı iş görürsünüz, ancaq insanları çətinliyə də salırsınız. Bax bunu düz eləmirsiniz, hörmətli məmurlar!
Bu yerdə müğənni Cavanşir Məmmədovun məşhur sözləri yada düşür: Yaxşı eləyirsiz, ancaq düz eləmirsiz.
Ramazan ayının on yeddinci gününün duası - İmsak və iftar vaxtı
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
ABŞ-İsrail-İran müharibəsinə başqa hansı ölkələr qoşulacaq? – Politoloq AÇIQLADI
Martın 7-dən 9-dək... - Əhaliyə xəbərdarlıq
Bakının nəqliyyat sistemi WUF13 zamanı necə nizamlanacaq? - RƏSMİ CAVAB
İsraildə bomba sığınacağı belədir – VİDEO
Ramiz Mehdiyevin bankı bağlanır
Üçüncü dünya müharibəsi başlayıb? Kim kimin yanında yer alacaq? – SİYASİ ŞƏRHÇİ
Naxçıvana düşən dronun üzərinə görün nə YAZILIB - FOTO
Müdafiə Nazirliyi 1 nömrəli səfərbərliyin nə olduğunu açıqladı
Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti reyslər təşkil olunub - CƏDVƏL










