Yeni ildə neçə gün iş olmayacaq?

2024-cü ilin dekabrın sonu və 2025-ci ilin yanvarın əvvəlində qeyri-iş günlərinin sayı məlum olub. Avtosfer.az Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə istinadən xəbər verir ki, 2024-cü ilin dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 2025-ci ilin yanvarın 1 və 2-si Yeni il bayramı ilə əlaqədar qeyri-iş günüdür.
2024-cü ilin dekabrın 30-u həftənin ilk gününə-bazar ertəsinə təsadüf edir. Dekabrın 31-də, 2025-ci ilin yanvarın 1 və 2-də, yəni, 3 gün ardıcıl iş olmayacaq. 3 yanvar həftənin cümə günü, yəni iş günüdür. Ondan sonrakı günlər 4 və 5 yanvar isə şənbə-bazar, yəni istirahət günlərinə düşür.
Belə hallarda adətən Nazirlər Kabineti müvafiq qərar qəbul edir və iş və qeyri-iş günlərinin yeri dəyişilir.
Dekabrın 28 (şənbə günü), 29 (bazar günü), 31-i, 2025-ci ilin yanvarın 1 və 2-də iş olmayacaq. 30-u da həmin günlərə əlavə olunarsa, ardıcıl 6 gün qeyri-iş günü olacaq. Müvafiq qərarla 3 yanvar da qeyri-iş günləri sırasına daxil edilərsə, ardıcıl 9 günün qeyri-iş günü olması mümkündür.
Qeyd edək ki, məsələ ilə bağlı Nazirlər Kabinetindən hələki qərar verilməyib.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











