"Yeni metro stansiyasının inşası mümkünsüzdür"

Yerevanda yeni metro stansiyasının açılması mümkünsüzdür.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu “Pariz-est” Universitetinin şəhərsalma üzrə doktoru Mariam Xaçatryan sentyabrın 1-də keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bunun bir sıra səbəbləri var: “İlk növbədə, yeni stansiyanın tikintisinin büdcəsi 120 mln. dollar olacaq. Bu, özəl şirkətlər üçün sərfəli deyil. Ermənistanın çoxlu sosial və başqa problemləri var. Bu isə yeni metro stansiyasının tikintisinə sərmayə qoyulmasına imkan vermir”.
Xatırladaq ki, 2020-ci ilin yazında “Açapnyak” stansiyasının tikiləcəyi ehtimal edilirdi.
Qeyd edək ki, Karen Dəmirçiyan adına Yerevan metropoliteni 1981-ci ildə yaradılıb. Hazırda Yerevanda 10 metro stansiyası fəaliyyət göstərir. Onun ümumi uzunluğu 13,4 km-dir.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












