Yeni piyada keçidi ilə bağlı vətəndaşların fikirləri - VİDEO

Bakının Mərdəkan-Zuğulba avtomobil yolunun üzərində inşa edilən yeni piyada keçidi artıq isatifadəyə verilib.
Trend-in məlumatına görə. Prezident İlham Əliyevin açılışında iştirak etdiyi yeni keçid vətəndaşların təhlükəsizliyinə hesablanıb. Yerüstü keçid adıçəkilən yolda avtomobillərin də təhlükəsiz hərəkətinə şərait yaradıb.
Sürət həddi 110 km.saat nəzərdə tutulan yoldan əvvəllər piyadalar keçid üçün istifadə edirdilər. Bu da həm avtomobillər, həm də sakinlərin hərəkəti üçün əsl təhlükə mənbəyi idi. İstifadəyə verilən yeni keçid artıq bu təhlükəni aradan qaldırıb. Yeni istifadəyə verilən yerüstü keçiddə piyadalarla yanaşı, velosipedçilər üçün də yol nəzərdə tutulub.
Keçidin bu keyfiyyətləri ərazidə yaşayan sakinlər tərəfindən məmnunluqla qarşılanıb. Vətəndaşlar bildirir ki, keçidin istifadəsindən sonra ərazidə olan problem tam həll olunub, artıq təhlükəsiz şəkildə yolu qarşıya keçmək mümkündür.
Trend-ə açıqlamasında agentliyin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, Bakı şəhərində 113 piyada keçidi tikilib istifadəyə verilib. Onlardan 41-i yerüstü, 72-si yeraltı piyada keçididir: "Bu günədək ölkədə 180 ədəd piyada keçidi tikilərək istifadəyə verilib. Hazırda ölkə üzrə avtomobil yollarında 9 ərazidə piyada keçidinin inşası davam etdirilir"
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












