Yevlax sakinindən narkotik götürüldü
Gündəm
1 İyul 2020 14:32
Oxunub 820

Yevlax rayon sakinində narkotik vasitə aşkarlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini İ.Atakişiyev saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 1 kq 660 qram marixuana aşkar edilərək götürülüb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













