Yol polisi hava ilə bağlı sürücülərə müraciət edib

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi isti hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
Avtosfer.az xəbər verir ki, müraciətdə deyilir:
"Hazırda ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Məlumdur ki, isti hava insanlarda əzginlik, yorğunluq hissi yaradır ki, bu da uzun müddət fasiləsiz avtomobil idarə edən sürücülərdə özünü daha tez biruzə verir. Baş Dövlət Yol Polisi İdarəsi belə halların sürücülərin əhval-ruhiyyəsinə, ətraf mühitə reaksiyasına mənfi təsir göstərdiyini nəzərə alaraq, onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, kondisionerlə təchiz edilməyən nəqliyyat vasitələri ilə günün nisbətən sərin vaxtı yola çıxmağa, uzaq məsafələrə səfər edərkən 1-2 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətli istirahət etməyə çağırır. Unutmayaq, təhlükəsizliyimizə diqqət həyatımıza verdiyimiz dəyərdir!"
Metrodan istifadə edən şəxslərin NƏZƏRİNƏ! - Qrafik DƏYİŞİLİR
Beyləqan Regional Mühafizə Şöbəsində Zəfər Günü qeyd edilib - VİDEO
8 Noyabr - Tarixə düşən Zəfər Möhürü - VİDEO
Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - SİYAHI
QHT-lərin Əməkdaşlıq Forumundan Prezidentə müraciət
Ərdoğanın Azərbaycana səfəri hansı məsələlərə aydınlıq gətirəcək? – ŞƏRH
Hansı anaların müavinətləri 100 manata qaldırılacaq? – RƏSMİ
Zəfərin ildönümünə 2 gün qaldı - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Ərdoğanın Azərbaycana gəlişi münasibətləri düzəldə bilər? - POLİTOLOQ
Ramiz Mehdiyev oğlunu bu vəzifəyə gətirəcəkmiş - ŞOK ADLAR ÜZƏ ÇIXDI












