Yol polisi məşhur aktyoru sərxoş vəziyyətdə saxladı; cərimə yazıb, bölməyə apardı - FOTO

Məşhur fransız aktyoru Jerar Depardiye yol polisi tərəfindən saxlanılıb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxt Parisdə baş verib. Bu barədə “Le Point” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, aktyor idarə etdiyi skuterlə svetoforun qırmızı işığının yanmasını “dayan xətti”nin üzərində gözləyib. Bu qayda pozuntusu isə yol patrul əməkdaşının gözündən qaçmayıb. Saxlanılan Depardiye ilə söhbət aparan asayiş keşikçisi, onun sərxoş olduğunu hiss edib. Bundan sonra testdən keçirilən aktyorun spirtli içki qəbul etdiyi məlum olub. Məşhur özü də günahını etiraf edərək bir neçə bakal pivə içdiyini boynuna alıb.
Polislər ona inzibatı qayadada protokol tərtib edib bölməyə aparıblar, skuteri isə cərimə meydançasına yerləşdiriblər.
Bir müddət bölmədə qalan Jerar Depardiye, daha sonra dostları tərəfindən çıxarılıb.
Namiq Musayev

Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












