Yol təmir edən və elektrik malları satan "tender kralı" - Bir ildə 8 müqavilə

Lənkəran İşıqlandırma Müəssisəsi "İS.M.M” şirkəti ilə satınalma müqaviləsi bağlayıb. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, müqavilədə elektrik mallarının satın alınması nəzərdə tutulur. Buna görə şirkətə 273 477,8 manat ödəniləcək.
"İS.M.M” MMC satınalma müsabiqələrində fəal iştirak edən şübhəli şirkətlər siyahısındadır. Şirkət 30 aprel 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 897 170 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Əlövsət Quliyev küçəsi, ev 98, mənzil 15-də yerləşən şirkətin qanuni təmsilçisi Xudiyev Nadir Bilman oğludur.
"İS.M.M” MMC və Nadir Xudiyev haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Araşdırmalarımız zamanı məlum olub ki, Nadir Xudiyev eyni zamanda "RASH.M.M Trade and Services-2020” MMC-nin qanuni təmsilçisidir. Bu şirkət 26 noyabr 2013-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 406 939 manatdır.
Bu şirkət haqqında da açıq mənbələrdə heç bir məlumat yoxdur.
Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmadan aydın olur ki, hər iki şirkət satınalma müsabiqələrində fəal iştirak edir. Maraqlıdır ki, "İS.M.M” MMC-nin qalib gəldiyi tenderlər əsasən yolların təmiri ilə əlaqədardır. Şirkət cari ildə bu satınalma predmeti üzrə 7 tenderin qalibi seçilib. Həmin tenderlər Şabran Rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhəri üzrə Nümayəndiliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin Tağıyev Qəsəbəsi üzrə Nümayəndəliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti, Siyəzən Rayon İcra Hakimiyyəti, Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi və Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən keçirilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 2 910 992,90 manatdır.
Beləliklə, aydın olur ki, Lənkəran İşıqlandırma Müəssisəsi yol təmiri ilə məşğul olan şirkətdən elektrik malları alacaq. Yeri gəlmişkən, Lənkəran İşıqlandırma Müəssisəsi Lənkəran Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərir.
Bir maraqlı faktı da qeyd etmək yerinə düşər. "İS.M.M” MMC-nin hazırda 11 810,73 manat vergi borcu var. Qanunvericiliyə əsasən vergi borcu olan şirkətlərin satınalma müsabiqələrində iştirakı qadağandır. Bu qadağanın "İS.M.M” MMC üçün keçərli olmaması şirkətin güclü himayədarlarının olduğunu və tender əməliyyatları üçün təsis edildiyini düşünməyə əsas verir.
Bakı metrosunda narahatedici PROBLEM - Stansiyaya su sızır? - AÇIQLAMA - FOTOLAR
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ - Dalğanın hündürlüyü 4.5 metrə ...
Küləkli hava nə vaxtadək davam edəcək?
Qoyunları “zebra”nın önünə bağlayıb kəsilən inəklərin başını səkiyə düzüblər - FOTO
Bu küçədə hərəkət birtərəfli olacaq - Maşınlar bir-birinə maneə yaradır
Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq - Azərbaycan Prezidenti
Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
Baş nazirdən benzin və dizel yanacağı ilə bağlı QƏRAR
Paytaxtın bu küçələrində sıxlıq müşahidə olunur - SİYAHI - FOTOLAR
Donald Trampa edilən sui-qəsd cəhdi hansı mesajı daşıyırdı? - AÇIQLAMA
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq








