Yolayrıcında və məhəllənin girişində park edilən maşınlar başqalarına mane olur - EKSPERT - FOTO

Paytaxt küçələrində hər gün təkrar olunan mənzərə artıq bir çox sürücünün səbrini daşırıb.
Avtosfer.az xəbər verir ki, səkilərdə, hətta çıxış və giriş yollarında, kəsişmələr və yolayrıcında belə nizamsız parklanmış avtomobillər görmək adi hala çevrilib. Bu vəziyyət yalnız hərəkəti məhdudlaşdırmır, həm də digər sürücüləri çaşqın və əsəbi vəziyyətə salır.
Bəzi sürücülər bildirirlər ki, səhər saatlarında avtomobillərini parkladıqları yerlərdən çıxarmaq belə mümkünsüz hala gəlir.
Tıxacların artması, vaxt itkisi, əsəblər və qaydalara laqeyd münasibət bütün bunlar bir sualı gündəmə gətirir. Nə üçün sürücülər hələ də parklanma mədəniyyətini formalaşdıra bilmirlər?

Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov saytımıza açıqlamasında bildirib ki. şəhər mühitində bu bir qədər təəccüblü görünsə də, bu cür parklanmalar artıq adi hal alıb. Bu sürücülər digər hərəkət iştirakçılarına da mane olur:
“Sürücülərimizin bir qismi parklanma qaydalarına riayət etmir, hətta elementar parklanma bacarıqlarına belə malik olmayanlar az deyil.
Belə hallarda, əgər avtomobilə hər hansı bir zərər dəyərsə, sürücü sığorta şirkətinə və ya Dövlət Yol Polisi əməkdaşlarına müraciət edə bilər. Əgər avtomobil parklanma yerindən çıxmaqda çətinlik çəkirsə və digər nəqliyyat vasitəsi çox yaxın saxlanılıbsa, sürücü rahat şəkildə Dövlət Yol Polisi patrul xidmətinə müraciət edə bilər. Patrul əməkdaşları həmin sürücünü taparaq avtomobilin oradan kənarlaşdırılmasını təmin edə bilərlər”.
Fidan
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT
Hazırda Bakıda 26 istiqamətdə tıxac var: SİYAHI - FOTO
“Avtovağzal” və “Xocasən” stansiyalarına giriş niyə pulsuz edilib? – AÇIQLAMA - VİDEO
Yol boşdur, amma tıxac var: Səbəb sürücülərdir? – VİDEO
Azərbaycanda 8 ayda sərnişin sayı bu qədər artıb – STATİSTİKA
Fərdi avtomobil sayı artır; ictimai nəqliyyat sistemi necə qurulmalıdır?
İlham Əliyev: "Ağdərə rayonunda işə başlanılıb" - VİDEO
Rusiyanın Ukrayna qatarlarını vurması nəyə hesablanıb? - AÇIQLAMA












