Yolayrıclarında “sarı kəsişmə tor”unun təşkili davam etdirilir - FOTO

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən yolayrıclarında “sarı kəsişmə tor”unun təşkili davam etdirilir. Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, bu çərçivədə Rəşid Behbudov küçəsinin 28 may və Dilarə Əliyeva küçələrinin kəsişmələrində yol nişanlanma işləri həyata keçirilib.
Məqsəd yol kəsişmələrində nəqliyyat vasitələrinin tıxanmasının və yollarda nəqliyyat sıxlığının qarşısını almaq, yol hərəkəti təhlükəsizliyi səviyyəsini artırmaqdır.
Ötən il ərzində Bakı şəhərinin problemli 15 yol kəsişməsində sarı kəsişmə toru təşkil edilmişdir. Ümumilikdə isə 74 yol kəsişməsində sarı torların təşkili nəzərdə tutulub.
Qeyd edək ki, bu axşam daha iki yolayrıcında - Puşkin küçəsinin Nizami və Xaqani küçələri ilə kəsişmələrində sarı kəsişmə torunun təşkili işləri icra ediləcək.
Namiq Musayev




Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












