Yoluxma artsa, MƏKTƏBLƏR BAĞLANACAQ - AÇIQLAMA

Bakıda məktəblərin koronavirusa görə yenidən bağlanılması, distant təhsilə keçəcəyi ilə bağlı söz-söhbətlər yayılıb. Bildirilir ki, artıq 5- ə yaxın orta məktəb virusa görə tədris prosesini müvəqqəti olaraq distant rejimə keçirib.
Avtosfer.az Sonxeber-ə istinadən bildirir ki, bununla bağlı təhsil eksperti Kamran Əsədov danışıb:
"Virus səbəbilə bağlanan məktəblərin sayı artıq 10-dan çoxdur. Bəziləri statistikaya daxil edilməsə belə, məndə olan məlumata görə artıq Qaradağ rayonunun Lokbatan qəsəbəsində də iki məktəb fəaliyyətini dayandırıb. Həmçinin ölkədə virusa yoluxmağa görə digər məktəblər də tədris prosesinin istiqamətini dəyişib. Bu gözlənilən idi və artıq yüzdən çox sinif yoluxmaya görə bağlanıb.
Məktəblərdə yoluxma sayı dedikdə, təbii ki, ümumi kontingentin yoluxma kütləsini başa düşürük. Bilirik ki, bu ciddi rəqəmdir və hesab edirəm ki, yoluxmuş şəxslər müəyyənləşdirilməlidir. Ona görə ki, görülməli işlər tam şəkildə həyata keçirilməyib, səhlənkarlıqlar müşahidə olunub. Yoluxma sayı artarsa, birmənalı şəkildə tədris prosesi dayandırılacaq. Yəni məktəblər bağlanacaq. Çünki, görürük ki, yoluxma dinamikası artıq artır.
Qeyd edim ki, tədrisin distant olduğu müddətdə belə, şagirdlər arasında yoluxma halları var idi. Hazırda tədris prosesi əyani keçildiyinə görə virusun digər şəxslərə keçməsi məsələsi də var. Olanları nəzərə alsaq, ölkədə karantin rejiminin sərtləşdirilməsini düşünə bilərik. Buna baxmayaraq düşünürəm ki, bütün hallarda təhsil müəsissələrinin yenidən bağlanmasına ehtiyac yoxdur ".
Bəzi yollarda tıxac yarandı - SİYAHI
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA










