Yük maşınlarından qanunsuz siqaret və dərman aşkarlanıb - FOTO

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə siqaretlərin və dərman preparatlarının bəyan edilmədən ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.
DGK-dan Avtosfer.az-a verilən məlumata görə, hər iki fakt idarənin "Qırmızı Körpü" gömrük postunda qeydə alınıb.
Gömrük baxışı zamanı, Türkiyədən gələn "DAF" markalı yük avtomobilinin salonunda 1400 ədəd "Marlbro" markalı siqaret, Gürcüstandan gələn "Mercedes Benz Actros" markalı yük avtomobilinin qoşqusunun sandığında isə 114 ədəd üzərində "AMGEN Neupogen 30 MU pre-fılled syringe" yazılan içi məhlulla dolu şpris və 10 ədəd üzərində "Cetrotide 250 meg" yazılan şpris və dərmandan ibarət qutu aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Namiq Musayev
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS










