Yük təyyarəsi qəzaya uğradı; azı 17 nəfər öldü - FOTO

Cənubi Sudanda yük təyyarəsinin qəzaya uğraması nəticəsində azı 17 nəfər ölüb. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 22-də paytaxt Djubada baş verib. Bu barədə “Sinhıua” agentliyi məlumat yayıb.
Məlumata görə, Vau şəhərində Aveylə uçan yük təyyarəsi aeroportdan qalxdıqdan bir neçə dəqiqə sonra, şəhər məhəllələrinin birinin ərazisinə düşüb və yanıb.
Bildirilir ki, bir gün əvvəl yağan güclü leysan səbəbindən ərazi bataqlığa çevrilib və ora heç bir texnika, təcili tibbi yardım daxil ola bilmir.
Hadisə şahidi Cosef Mayona agentliyin müxbirinə bildirib ki, göyərtədə 2-si heyət üzvü olmaqla, 17 nəfərin cəsədini sayıb.
Qeyd edilir ki, hələlik qəzadan yalnız bir nəfər xilas edilərək xəstəxanaya çatdırılıb.
Digər təfərrüatlarla bağlı məlumat verilmir.
Namiq Musayev


Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












