"Yumurta" Kamil saxlanıldı - FOTO

Abşeron Rayon Polis İdarəsi (RPİ) və Qida Təhlükəsizlik Agentliyinin (AQTA) Sumqayıt Regional Bölməsinin əməkdaşları rayon ərazisində birgə reyd keçiriblər.
"Report"un məlumatına görə, reyd zamanı vaxtı keçmiş yumurtaların bərpa edilərək yenidən satışa çıxarılması faktı aşkarlanıb.
Araşdırmalarla məlum olub ki, "Giləzi Quşçuluq MMC"də satış meneceri işləyən Kamil Teymurov Xırdalan şəhər 28-ci məhəllə Həsən Bəy Zərdabi küçəsində kirayədə yaşadığı mənzildə mağazalardan geri qaytarılan vaxtı keçmiş yumurtaları yenidən satışa çıxarıb.
O, yararsız yumurtaları dostu Malik Qasımovla birlikdə mağazalara daşıdığını bildirib.
Maddi sübut kimi 84 qutudan ibarət ümumi sayı 32 400 ədəd yararsız yumurta aşkar edilərək götürülüb.
K.Teymurov saxlanılaraq Abşeron Rayon Polis idarəsinə gətirilib.
Onun "Yumurta Kamil" kimi tanındığı bildirilir.
Faktla bağlı araşdırma aparılır. (Report)
















Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












