Zaqatalada 18 ədəd subartezian quyusu qazılacaq

Prezident İlham Əliyev Zaqatala rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamla Zaqatala rayonunun əhalisi 62 916 nəfər olan 17 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 18 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 1,26 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
|
Sıra №-si |
Yaşayış məntəqələri |
Quyuların sayı, ədəd |
Əhalinin sayı, nəfər |
|
|
Aşağı Çardaxlar kəndi |
1 |
1170 |
|
|
Bəhmətli kəndi |
1 |
4786 |
|
|
Dağlı kəndi |
1 |
3300 |
|
|
Əliabad qəsəbəsi |
1 |
11200 |
|
|
Faldarlı kəndi |
1 |
2156 |
|
|
Gözbarax kəndi |
1 |
2061 |
|
|
Kəpənəkçi kəndi |
1 |
1111 |
|
|
Qandax kəndi |
1 |
1829 |
|
|
Qımır kəndi |
1 |
1804 |
|
10 |
Maqov kəndi |
1 |
1705 |
|
11 |
Mosul kəndi |
1 |
3261 |
|
12 |
Muğanlı kəndi |
2 |
3006 |
|
13 |
Muxax kəndi |
1 |
8210 |
|
14 |
Yengiyan kəndi |
1 |
1481 |
|
15 |
Yeni Suvagil kəndi |
1 |
5355 |
|
16 |
Yolayrıc kəndi |
1 |
1460 |
|
17 |
Yuxarı Tala kəndi |
1 |
9021 |
|
Cəmi |
18 |
62 916 |
|
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












