Zəngilanın Ağalı kəndinin sakinləri olan 10 ailə doğma yurduna çatıb - FOTO - VİDEO

İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinin 58 sakini - 10 ailə artıq doğma yurduna çatıb.
“Report” xəbər verir ki, vətədaşlar dövlətin onlar üçün tikdiyi evlərə baxış keçirirlər.
Bu ayın sonuna qədər ümumilikdə 201 sakinin - 41 ailənin Ağalıya yerləşdirilməsi nəzərdə tutulur.
Ağalıya köç bu gündən başlayıb. İlkin olaraq müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar seçilib. Onların arasında 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin hər birinin sakinləri var.
Xatırladaq ki, bu il mayın 27-də Ağalı kəndində “Ağıllı kənd” layihəsinin I mərhələsi üzrə açılış mərasimi olub. Kənddə müasir şəhərsalma standartları tətbiq olunub. "Küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir"
"Ağıllı kənd"də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin şöbəsi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlıq və Operativ Sosial Təminat (DOST) Agentliyinin "DOST Mərkəzi", İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) bölməsi - KOB Mərkəzi fəaliyyət göstərəcək.Bu mərkəzlərdə kənd sakinlərinə sosial təminat və məşğulluq sahəsində 100-dən çox xidmət onlayn formada göstəriləcək. Vətəndaş birbaşa videobağlantı ilə “DOST” mərkəzlərinin sosial agentinə müraciət edəcək və müraciəti yerindəcə həll olunacaq.
Bununla yanaşı, kənddə təhsil fəaliyyətinin planlaşdırılması, həyata keçirilməsi və idarə edilməsi üçün “Elektron təhsil” sistemi hazırlanıb: "Bu sistem məktəbdə təhsilin distant və ənənəvi formada təşkili, video-dərslərin keçirilməsi, bilik səviyyəsini qiymətləndirilməsi, valideynlə müəllim heyətinin qarşılıqlı əlaqəsinin təmin olunması üçün geniş imkanlara malikdir. Məktəbin sinif otaqları Ağıllı Lövhələrlə təmin edilib. Bu monitor–lövhələr xüsusi texnoloji imkanlara malik olmaqla tədris prossesini məsafədən və elektron qaydada təşkil etməyə imkan verir. “Elektron təhsil” sisteminə inteqrasiya edilmiş bu löhvələr valideynlərə dərs prosesinin izləməyə, müəllimlərə məsafədən tədrisi həyata keçirməyə şərait yaradır.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI














