Ziya Bünyadov prospektinin bir hissəsi bağlanır

Ziya Bünyadov prospektinin bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən oxu.az-a daxil olan məlumata görə, 07 - 09 avqust 2015-ci il tarixlərində Ziya Bünyadov prospekti ilə Əbdülvahab Salamzadə, Alı Mustafayev və Hüseynbala Əliyev küçələrinin kəsişməsində yerləşən “Xutor dairə”sində müxtəlif yol qovşağına aid olan körpüdə aparılacaq sınaq işləri ilə əlaqədar körpü nəqliyyat vasitələrinin hərəkəti üçün tam olaraq bağlanacaq.
Tunellərdə və digər ərazilərdə aparılacaq profilaktik işlərlə əlaqədar isə göstərilən tarixlərdə Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən “20 Yanvar dairə”si və “Qəbələ dairə”sinə doğru olan istiqamətdə də nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Nəqliyyat vasitələrinin hərəkətinə yalnız əsas yolda məhdudiyyət olacaq.
Bu istiqamətdə hərəkət yan yollarla təmin ediləcək.
Əks istiqamətdə isə, yəni “20 Yanvar dairə”si və “Qəbələ dairə”sindən “Böyük Şor yol qovşağı”na doğru nəqliyyat vasitələrinin hərəkətində heç bir məhdudiyyət olmayacaq.
Yaranmış müvəqqəti narahatçılığa görə, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC üzr istəyir və sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












