Ziya Məmmədov İranda - FOTO - VIDEO

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov dekabrın 23-də İranın paytaxtı Tehranda Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin 3-cü iclasında iştirak edib. Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, görüş zamanı nəqliyyatın bütün sahələrində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq və regional dəhlizlərin inkişafı, nəqliyyat üzrə Xəzəryanı ölkələrin imkanları və region ölkələrinin nəqliyyat infrastrukturunun modernləşdirilməsi, logistika mərkəzlərinin yaradılması kimi məsələlər müzakirə edilib. Azərbaycanın nəqliyyat naziri Z. Məmmədov APA-ya açıqlamasında bildirib ki, iclasda müzakirə olunan mövzulardan biri də nəqliyyat və yük daşımaları sahəsində əməkdaşlığın genişləndirilməsidir: “Məlum olduğu kimi, Azərbaycan prezidentinin göstərişinə əsasən nəqliyyat və yük daşımaları sahələrində qısa müddət ərzində təkmilləşdirmə işlərinin aparılmasıdır. Azərbaycanı tranzit baxımdan daha cəlbedici etmək məqsədilə Koordinasiya Şurası yaradılıb və bütün aidiyyatı qurumlara göstəriş verilib ki, dəmir yolu nəqliyyatı və digər nəqliyyat yollarından istifadə üçün rəqabətqabiliyyətli tariflər tətbiq olunsun”.Qeyd edək ki, bundan başqa tədbirdə Azərbaycanı Nəqliyyat nazirinin müavini Arif Əsgərov, Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Elnur Abdullayev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov təmsil ediblər.
Emin
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
















