Ziya Məmmədovun qardaşı oğlu sürücülük hüququndan məhrum edilir

Sabiq deputat Elton Məmmədovun oğlu Aynar Məmmədov sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb edilib.
Dövlət Yol Polisininin protokoluna əsasən, onun sürücülük hüququndan məhrum edilməsi ilə bağlı işə Səbail Rayon Məhkəməsində baxılır.
Qeyd edək ki, Aynar Məmmədova İnzibati Xətalar Məcəlləsinin 333.1-ci (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) maddəsi ilə protokol yazılıb.
Bu inzibati xətaya yol verən şəxslər 400 manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.
Qeyd edək ki, Aynar Məmmədov sabiq deputat Elton Məmmədovun oğlu, sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur. (Report)
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ











