102-yə zəng edib metroda partlayış olduğunu dedi

“20 Yanvar” metrostansiyasında partlayış olduğuna dair polisə yalan məlumat verən şəxs tutulub.
32 yaşlı Aqil Vəliyev (şərti) axşam saatlarında Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng vuraraq metroda partlayış olması barədə məlumat verib.
Zəng edən şəxsin kimliyi araşdırılanda məlum olub ki, o, Sumqayıtda yaşayır. Polis əməkdaşları hadisəni araşdırmaq üçün həmin ünvana gediblər. Onu polis bölməsinə dəvət ediblər. Lakin Aqil Vəliyev bölməyə getməkdən imtina edib. Bundan sonra polis əməkdaşları vətəndaşı məcburi qaydada avtopatrula əyləşdirərək Sumqayıtda 4-cü Polis Bölməsinə aparıblar. Müayinə zamanı onda orta dərəcəli sərxoşluq vəziyyəti aşkar olunub.
İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Aqil Vəliyev barəsində protokol tərtib edilib.
Sumqayıt Şəhər Məhkəməsi tərəfindən protokol əsaslı hesab edilib. Aqil Vəliyev 30 gün müddətinə həbs edilib. (Qafqazinfo)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












