10,7 milyon dollar dəyərində qızıl qaçaqmalçılığının qarşısı alınıb

Honq-Konq gömrüyü hava kompressoru hissələri kimi gizlədilmiş qızıl yükü aşkar edib.
"Report" xəbər verir ki, qaçaqmalçılıq yolu ilə gətirilən qızılın dəyəri rekord həddə - 84 milyon Honq-Konq dolları (təxminən 10,7 milyon ABŞ dolları) səviyyəsində qiymətləndirilir.
Sənədlərə əsasən, Honq-Konq hava limanından Yaponiyaya göndərilmək üçün hazırlanan yükdə ümumi çəkisi 775 kq olan iki hava kompressoru olub. Gömrükçülər rentgen müayinəsindən sonra yükə baxış keçirmək qərarına gəliblər.
Məlumata görə, yükü göndərən şirkətin 31 yaşlı direktoru saxlanılıb. Sonradan aparılan yoxlamalar göstərib ki, müəssisə heç bir sahibkarlıq fəaliyyəti həyata keçirmir. Şirkət direktorunu 7 ilə qədər həbs və 2 milyon Honq-Konq dolları (təxminən 256,4 min ABŞ dolları) məbləğində cərimə gözləyir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












