1667 nəfər xilas edilib, 92 nəfərin cəsədi çıxarılıb

FHN-in Xüsusi riskli xilasetmə qrupları yol-nəqliyyat qəzası, silah-sursat aşkarlanması, intihara cəhdin qarşısının alınması, mənzildə köməksiz vəziyyətdə qalma, liftdə qalma və s. xarakterli olmaqla 1423 müxtəlif axtarış və qəza-xilasetmə əməliyyatlarında iştirak ediblər.
Bu barədə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov nazirliyinin 17-ci ildönümü münasibətilə keçirilən təntənəli iclasda çıxışında deyib.
Nazir bildirib ki, fövqəladə halların və bədbəxt hadisələrin nəticələrinin aradan qaldırılması zamanı 463-ü uşaq olmaqla 1667 nəfər zərərçəkmiş xilas edilib, 37 nəfər zərərçəkmişə ilkin yardım göstərilib. Həmçinin, xilasedicilər tərəfindən 92 nəfərin cəsədi deformasiyaya uğramış nəqliyyat vasitələrindən, bağlı qapı arxasından və dağıntılar altından çıxarılıb.
Yanğınsöndürən-xilasedicilər tərəfindən 134 nəqliyyat və digər qəzalara çıxışlar olub, 270 nəfər deformasiyaya uğramış nəqliyyat vasitələrindən çıxarılaraq ərazi üzrə tibb məntəqələrinə çatdırılıb, həlak olmuş 46 nəfərin cəsədi avtomobillərdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin, 16 partlayış hadisəsi ilə əlaqədar çıxışlar olub, dağıntılar altında qalaraq xəsarət almış 22 nəfər hadisə yerindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












