Sərxoş halda komando hərbçisini vurub öldürmüşdü; bu cəzanı aldı

Bu ilin mayında Naxçıvanın Şərur rayonunda Qarxun kənd sakini, komando hərbi birləşməsinin hərbçisi Musa Həsənovu vurub öldürən avtomobilin sürücüsünün məhkəməsi keçirilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, 28 yaşlı hərbçinin ölümünə səbəb olan 2000-ci il təvəllüdlü Məhərrəm Fətullayevə hökm oxunub.
Bildirilib ki, hadisə zamanı sürücü yüngül dərəcəli sərxoşluq halında olub. O, gecə saatlarında dostları ilə kafedən çıxıb evə gedərkən “Mercedes” markalı avtomobillə yolu keçməyə çalışan Musa Həsənovu vurub.
Ağır xəsarət alan hərbçi həlak olub.
Yaxınlarının sözlərinə görə, Musa Həsənov nişanlı olub.
Həbs olunan Məhərrəm Fətullayev Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi üzrə təqsirli bilinib.
Gənc sürücüyə 5 il həbs və 2 il sürücülük hüququnun məhdudlaşdırılması cəzası verilib.

Nərimanovda qırılmış ağac təhlükəli vəziyyət yaratdı - VİDEO
Viski içib maşınla qayınatasıgilə getdi; 7 yaşlı uşağı vurub öldürdü
EGE Hospital baş tutmayan əməliyyata görə 6500 manat aldı - ŞİKAYƏT
Masazır dairəsində sürücülər boş zolaqdan istifadə edib yolu kəsirlər - VİDEO
Biləcəridə qırılan ağac yola düşdü - VİDEO
Müşfiqabadda heyvanlara qarşı vəhşilik bitmir: İti öldürüb zibilliyə atdılar - VİDEO
”Qış parkı”nın yaxınlığındakı sədd velosipedçiləri sürücülərdən gizlədir - VİDEO
Yeni Yasamalda sürücülər çuxura düşüb yollarına davam edirlər - VİDEO
Bakıda açıq dəlik velosiped sürücüsünü təhlükə ilə üz-üzə qoydu - VİDEO
Sürücü hündürlükdən yıxılıb öldü - FOTO
Şəmkirdə qan çanağına çevrilən yol: "Burada iki nəvəm öldü" - VİDEO












