Bakı aeroportunda ər-arvad saxlanılıb - 22 min avroya ad-soyadlarını dəyişdiribmişlər

Saxta pasportdan istifadə etdiyinə görə Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılan İran vətəndaşları həbs edilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, özlərini Rumıniya vətəndaşı kimi təqdim edən 1992-ci il təvəllüdlü Andrey Popesku və 1995-ci il təvəllüdlü Yelena Popeskunun əslində İran vətəndaşları olması müəyyən edilib.
Onlar barəsində Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə iş açılıb.
Məlum olub ki, İran vətəndaşları olan ər-arvad 22 min avro ödəməklə saxta Rumıniya vətəndaşlığı pasportları alıb, ad-soyadlarını dəyişdirərək Andrey Popesku və Yelena Popesku ediblər. Onlar həmin pasportlarla Azərbaycana gələrək buradan Avropa ölkələrindən birinə getmək istəyiblər.
Hər 2 şəxs İrandan təyyarə ilə Bakıya gəlsələr də, nəzarət-buraxılış məntəqəsində saxlanılıblar. Araşdırmalarla onların Urmiyadan gələn İran vətəndaşları olduqları və saxta pasport əldə etdikləri məlum olub.
Faktla bağlı açılmış cinayət işinin materialları Xəzər Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin hökmü ilə Andrey Popesku 1 il 7 ay, Yelena Popesku isə 1 il 2 ay həbs cəzasına məhkum edilib.
Nərimanovda qırılmış ağac təhlükəli vəziyyət yaratdı - VİDEO
Viski içib maşınla qayınatasıgilə getdi; 7 yaşlı uşağı vurub öldürdü
EGE Hospital baş tutmayan əməliyyata görə 6500 manat aldı - ŞİKAYƏT
Masazır dairəsində sürücülər boş zolaqdan istifadə edib yolu kəsirlər - VİDEO
Biləcəridə qırılan ağac yola düşdü - VİDEO
Müşfiqabadda heyvanlara qarşı vəhşilik bitmir: İti öldürüb zibilliyə atdılar - VİDEO
”Qış parkı”nın yaxınlığındakı sədd velosipedçiləri sürücülərdən gizlədir - VİDEO
Yeni Yasamalda sürücülər çuxura düşüb yollarına davam edirlər - VİDEO
Bakıda açıq dəlik velosiped sürücüsünü təhlükə ilə üz-üzə qoydu - VİDEO
Sürücü hündürlükdən yıxılıb öldü - FOTO
Şəmkirdə qan çanağına çevrilən yol: "Burada iki nəvəm öldü" - VİDEO












