Banner

Köməksiz qalan 7 yaşlı uşaq belə xilas edildi - VİDEO

Hadisə 26 Noyabr 2026 10:48
Köməksiz qalan 7 yaşlı uşaq belə xilas edildi - VİDEO
WhatsApp kanalımıza abunə olun

Paytaxtın Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binasında azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Avtosfer.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, əraziyə nazirliyin Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə doqquzmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2019-cu il təvəllüdlü uşağı valideynlərinə təhvil veriblər.

 

 

Oxunub : 64
ŞƏRH YAZ
Ad

E-mail

Şərh