21 yaşlı arvadı küçədə öldürən Eltona 12 il iş verildi

Balakəndə 2001-ci il təvəllüdlü arvadı Emilya Əbdürrəhmanovanı küçədə bıçaqlayaraq qətlə yetirən 28 yaşlı Elton Layicovun məhkəmə prosesi başa çatıb.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, E.Layıcov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxs məhkəmədə ifadə verməkdən imtina edib. O, arvadının xəyanətindən şübhələndiyi üçün bu addımı atdığını bildirib.
Qeyd edək ki, hadisə ötən ilin iliyun 28-də baş verib.
Hadisədən bir neçə gün əvvəl isə E.Əbdürrəhmanova həyat yoldaşı tərəfindən döyüldüyü üçün polisə şikayət edibmiş. Bundan sonra Balakənin Hənifə və Mahamalar kəndindəki polis məntəqələrinin sahə müvəkkilləri Eltonun axtarışına başlayıblar. Lakin Elton Layicov polisə izahat verməkdən yayınıb və Balakən şəhərində həyat yoldaşı Emilyanı izləyərək ona yaxınlaşıb. O, 21 yaşlı xanımına üç bıçaq zərbəsi vurub. Zərbələrdən biri gənc qızın boyun nahiyəsinə tuş gəlib və çoxlu qan itirən Emilya çatdırıldığı Balakən Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.
Onu da qeyd edək ki, Elton Layicov Emilyanı hələ qızın 16 yaşı olanda -2017-ci ildə evlənmək üçün qaçırıbmış. Lakin həmin vaxt Emilya yetkinlik yaşına çatmadığından işə hüquq-mühafizə orqanları qarışıb və evliliyə imkan verilməyib. Elton isə 1 il 6 ay şərti olaraq azadlıqdan məhrum edilib.
Bundan sonra Elton hərbi xidmətə gedib və qayıtdıqdan sonra E.Əbdürrəhmanova ilə ailə quraraq yaşamağa başlayıb, onların övladı dünyaya gəlib. Lakin sonradan onların arasında qısqanclıq zəminində münaqişə baş verib və Emilya evi tərk edib. Hadisə də bundan sonra baş verib. (qafqazinfo)
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ












