26 yaşlı qız polisin otağında ölü halda tapıldı

Manisanın Dəmirçi rayonunda qadın polislərin yataqxanasında ölü tapılıb.
Dünən saat 8 radələrində Dəmirçi rayon Polis Şöbəsinin binasının yuxarı mərtəbəsindəki polis yataqxanasından silah səsləri eşidilib. Müvəkkil müavini 32 yaşlı D.Y.-nin qaldığı otağa daxil olan polis qrupları rayonda gözəllik salonu işlədən Yeşim Akbaşı başından güllə yarası ilə tapıblar. Xəstəxanaya aparılan 26 yaşlı Yeşim Akbaşı xilas etmək mümkün olmayıb.
Hadisədən sonra rayon Polis Şöbəsinin müvəkkil müavini D.Y. saxlanılıb. Oradakı proseslərdən sonra məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. Akbaşın atəş açdığı silahın müfəttiş müavini D.Y.-yə aid olduğu müəyyən edilib.

Əslən Kütahyadan olan Yeşim Akbaş və D.Y.-nin İlçe Polis Şöbəsinin iftar süfrəsinə qatıldığı və bir gün əvvəl şəkil çəkdirdikləri məlum olub.
Hadisə ilə bağlı məhkəmə-tibbi ekspertizasının rəyi gözlənilir.
Həmçinin D.Y ifadəsində, “Axşam birlikdə yemək yeyib yataqxanaya getdik. Gecə birlikdə idik. Səhər oyananda duş aldım. Çıxanda belə tapdım. Dərhal aşağı düşüb kömək istədim. Məncə intihar edib”, deyə bildirib. (lent.az)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












