28 yaşlı gənci öldürməkdə şübhəli bilinən şəxs SAXLANILDI - YENİLƏNİB

İmişli rayonunda 1994-ci il təvəllüdlü İlkin Hüseynovun qətlə yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Avtosfer.az-a bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Xəyal Surxayev saxlanılıb.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaq davam edir.
***
İmişlidə 28 yaşlı gənci öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Avtosfer.az-a DİN-in mətbuat xidmətindən bildirilib.
Dekabrın 2-də saat 19 radələrində İmişli rayonunda rayon sakini 1994-cü il təvəllüdlü İlkin Hüseynovun bıçaq xəsarətlərindən ölməsi ilə bağlı polis şöbəsinə məlumat daxil olub.
Aparılan araşdırmalarla 2000-ci il təvəllüdlü, rayon sakini Xəyal Surxayev şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək İ.Rüstəmovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis və prokurorluq əməkdaşlarının keçirdiyi tədbirlərlə X.Surxayev şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












