35 nəfərin adı keçən iş fırıldağı: Qayınata və gəlin necə aldandı? - FOTO

İmişli rayon sakini Kərim Qasımov Qasıməli oğlu işə düzəltmək vədi ilə aldadıldığını iddia edir. Avtosfer.az-ın məlumatına görə, o, bununla bağlı Musavat.com-a müraciət edərək bildirib ki, həmkəndlisi Mətanət Mahmudova Məmmədhəsən qızı onu və gəlinini İmişli Şəkər Zavodunda işə düzəltmək adı ilə aldadaraq ümumilikdə 800 manat pulunu mənimsəyib.
Şikayətçinin sözlərinə görə, Mətanət Mahmudova həmin məbləğin müqabilində onu ayda 680 manat maaşla nəzarətçi, gəlinini isə 500 manat əməkhaqqı ilə paketləyici vəzifəsinə düzəldəcəyinə söz verib. Bildirilir ki, pul 2025-ci il dekabrın 12-də Mətanət Mahmudovaya məxsus bank kartına köçürülüb. O isə 3–4 gün ərzində işə başlayacaqlarını deyib.
"Dekabrın 22-də telefonuma gizli nömrədən zəng gəldi. Zəng edən şəxs gözləməyimi, özlərinin mənə zəng edəcəklərini bildirdi. Sonradan məlum oldu ki, bu nömrə də Mətanət Mahmudovaya məxsusdur. Lakin uzun müddət keçməsinə baxmayaraq, heç kim mənimlə əlaqə saxlamadı. Bundan sonra İmişli Şəkər Zavoduna getdim. Orada mənə bildirdilər ki, zavodda işə qəbul yoxdur və rəhbərlik adından heç kimə zəng edilməyib”, – deyə K.Qasımov bildirib.
Onun sözlərinə görə, zavod rəhbərliyi həmin şəxsin bu üsulla artıq 35 nəfəri aldatdığını da qeyd edib. Şikayətçi bununla bağlı 2025-ci il dekabrın 26-da İmişli Rayon Polis İdarəsinə yazılı ərizə ilə müraciət etdiyini bildirib. Araşdırma zamanı məlum olub ki, daha 8–10 nəfər də eyni məsələ ilə bağlı polisə şikayət edib.
"Daha sonra nəticəni öyrənmək üçün polisə müraciət etdim. Mənə bildirildi ki, cinayət tərkibi olmadığı üçün işə xitam verilib və materiallar sahə müvəkkili Emin adlı əməkdaşa verilib. Qərarın surətini isə yalnız polis rəisinə şikayət etdikdən sonra ala bildim. Həmin qərarda göstərilirdi ki, guya məndən və gəlinimdən başqa bütün şikayətçilərin pulları qaytarılıb və onlar şikayətlərini geri götürüblər”, – deyə şikayətçi vurğulayıb.
Kərim Qasımov bildirir ki, yanvarın 16-da sahə müvəkkili Emin adlı əməkdaşla əlaqə saxlayaraq, işin aqibətini soruşub. Ona şikayətinin guya qeydə alınmadığı bildirilib. Hazırda iş məhkəməyə göndərilməyib və pul vəsaiti də geri qaytarılmayıb.
Məsələ ilə bağlı Mətanət Mahmudova ilə əlaqə saxlamağa çalışsaq da, zəngləri cavabsız qalıb.


Huşsuz vəziyyətdə olan sürücü yanan avtomobildən belə xilas edildi – ANBAAN VİDEO
Tələbələrin fotolarını yayan şəxsin barəsində cinayət işi başlanıldı - VİDEO
Azərbaycanda gün ərzində ikinci zəlzələ - FOTO
Bakıda görünməmiş hadisə: Yeni səki salınması NARAZILIĞA SƏBƏB OLDU - VİDEO
Bakıda gecə yarısı kabus: Qadın hərəkətdə olan maşının üzərinə getdi - VİDEO
Xanım tələbələri şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakıda qumar oynayan taksi sürücüsü saxlanıldı - 3 min manat cərimələndi
Qırmızı işıqda gözləyən avtomobillər çökən yola düşdü - FOTO
Motosikletlə kafeyə girib narahatlıq yaradan sürücü cərimələndi – 250 manat - VİDEO
Taksi sürücüsü müştərini aparmaqdan imtina etdi - Məhkəməlik oldu
Restoranda hallanan kişi qadın sürücünü evinədək təqib etdi - Əri ilə dalaşıb həbsə düşdü









