5 nəfərin öldüyü dəhşətli qəzada maşından 6 min manat oğurlanıb - VİDEO

Şamaxıdan Bakıya xeyir iş üçün gedən böyük bir ailə həlak olub.
Dəhşətli avtomobil qəzası Bakı-Şamaxı yolunun 58,5-ci km-də, Qobustan rayonunun Cəngi kəndindən keçən hissəsində qeydə alınıb.
Bakı istiqamətinə hərəkət edən "KİA"nın bir neçə dəfə aşması 17 yaşlı Səmayə Talıbovanın, 23 yaşlı Əmrah Nuriyevin, Əmrahın bacısı Şəbnəm, yeznəsi Məhərrəm və onların azyaşlı övladları Məryəm Səmədovların ölümü ilə nəticələnib.
Əmrah Nuriyevin anası isə müxtəlif sınıq və xəsarətlərlə Bakıya, Travmatologiya İnstitutuna çatdırılıb.
Səmayənin anası Məhəbbət Talıbova "Astar"a deyib ki, qızı Səmayə Şabran şəhərində təhsilini başa vurub Şamaxıda kollecə daxil olmuşdu: "O, sevdiyi Əmrah Nuriyevin ana babasının evində kirayədə qalırdı, oğlan onu babasıgildə görüb bəyənmişdi, tanış olmuşdu. Hər ikisi cavan yaşında həyatdan getdilər".
Qeyd edək ki, ağır faciədə acınacaqlı digər məqam da baş verib. Belə ki, qəzada həlak olan Əmrahla Məhərrəmin üzərindəki külli miqdarda pul oğurlanıb. (sfera.az)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












