5 rayonda bələdiyyə sədrləri cərimələndi

Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilənməlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena və yerin təkindən istifadə qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.
Mayın 15-dən 22-dək olan müddətdə Zaqatala, Balakən, Qax, Şəki, Oğuz şəhər və rayonları ərazilərində keçirilən belə tədbirlər zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, su obyektlərinin mühafizəsi qaydalarının pozulması, yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların tələblərinin pozulması faktları aşkar olunub.
İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi), 264.0.1-ci (su obyektlərinin mühafizəsi qaydalarının pozulması), 243.0.1-ci (yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulması) maddələrinin tələblərini pozduqlarına görə Oğuz rayonunda Sincan və Muxas, Şəki rayonunda Qoxmuq, Qax rayonunda Güllük, Qum və Ləkit, Balakən rayonunda Qullar, Zaqatala rayonunda Yuxarı Tala və Suvagil kənd bələdiyyələrinin sədrləri, həmçinin 10 fiziki şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












