"55 min manat ver, övladının maddəsini dəyişdirib azadlığa buraxdırım"

Bakı Ağır Cinayətlər Məhkəməsində övladını həbsxanadan çıxarmaq adı ilə 2 nəfərə qarşı dələduzluq edən 4 nəfərdən ibarət mütəşəkkil dəstənin məhkəmə prosesi keçirilib.
Avtosfer.az-ın "Unikal"a istinadən məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı Eldar Həmzə törədilən cinayətin sonuncu epizodu Ucar rayonun ərazisində törədildiyindən məhkəmənin aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilməsi təklifini verib. Hakimlər müşavirə etdikdən sonra cinayət işinin materiallarının Şəki Agir Cinayətlər Məhkəməsinə göndərilməsi barədə qərar qəbul ediblər.
Qeyd edək ki, təqsirləndirilənlər İbrahimov Zamin Dadaş oğlu, Həsənov Fəqan Elisa oğlu, Hacıyev Bəhruz Nizam oğlu və Abbasov Rəsul Əbülfət oğlu, zərərçəkənlər- Qasımov Mirələkbər Zaman oğlu və Hüseynova Səmayə Əliağa qızının etibarından sui- istifadə edərək onların övladlarını maddəsini dəyişdirdikdən sonra həbsxanadan çıxarmaq adı ilə külli miqdarda, yəni 55 min manat bir, 12 min manatda bir pullarını alıblar. İstintaq materiallarından məlum olub ki, təqsirləndirilənlərdən Zamin İbrahimov əvvəllər ədliyyə orqanlarında çalışdığını əsas gətirərək zərərçəkənlərin etibarını qazana bilib.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












