Abşeronda 49 silah, 13 qumbara aşkarlanıb - VİDEO

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hüquqpozmalara qarşı ötən gün növbəti əməliyyat və profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, nəticədə ümumilikdə 9 “Kalaşnikov” avtomatı, 13 əl qumbarası, 39 müxtəlif markalı ov tüfəng, 1 ədəd “Makarov” tapançası aşkar olunub və ya vətəndaşlar tərəfindən könüllü polisə təhvil verilib. Narkotiklərə qarşı keçirilən 20 əməliyyat zamanı 10 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Abşeron rayonunda oğurluqlar və müxtəlif cinayət törətdikləri üçün axtarışda olan 5 nəfər saxlanılıb, “isti izlərlə” 36 cinayətin üstü açılıb. Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 24, xırda xuliqanlığa və xırda talamaya görə 53 fakt aşkarlanıb, mülki axtarışda olan 23 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












