Abşeronda "Prius" sürücüsü qonşusu tərəfindən BALTALANDI

Abşeronda qonşunu baltalayan şəxs həbs edilib.
Avtosfer.az-ın məlumatına görə, hadisə Abşeron rayonu, Məmmədli kəndi, S.Rüstəm küçəsində baş verib. Belə ki, Ayxan Səlimov (soyadlar şərtidir) qonşusu Natiq Məmmədovun "Toyota Prius" markalı avtomobilini sürətlə sürdüyünü əsas gətirərək ona irad bildirib.
Daha sonra onlar arasında mübahisə yaranıb. Natiq qonşusu Ayxanı təhqir edib. Ayxan isə yaşadığı evin girişindəki baltanı götürüb və Natiqə müxtəlif bədən xəsarətləri yetirib. Ayxan həmçinin qonşusunun "Toyota Prius" markalı avtomobilinin ön şüşəsini də balta ilə vuraraq sındırıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.
Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
unikal
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












