Abşeronda yaşayış binasındakı güclü yanğın söndürüldü - YENİLƏNİB - FOTO - VİDEO

Abşeron rayonu, Məmmədli kəndində yerləşən yeddimərtəbəli yaşayış binasında baş vermiş yanğın tam söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, yanğının mürəkkəbliyinə və havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin çevik və peşəkar fəaliyyəti sayəsində yanğının geniş sahəyə yayılmasına imkan verilməyib.
FHN-in qüvvələri yanğın zamanı bina sakinlərinin təxliyəsini həyata keçiriblər. Həmçinin, binanın birinci mərtəbəsində yerləşən mağazadakı malların yanğından qorunması məqsədilə təhlükəsiz əraziyə çıxarılaraq daşınması təmin edilib.
13:01
Fövqəladə Hallar Nazirliyi Abşeron rayonu, Məmmədli kəndində yeddumərtəbəli yaşayış binasının dam örtüyündə başlayan yanğınla bağlı məlumat verib.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovnik Əkbər Novruzov jurnalistlərə açıqlamasında bildirib ki, yanğının söndürülməsinə 25-ə yaxın texnika və 130 nəfərə yaxın canlı qüvvəsi cəlb olunub:
“Hazırda yanğın tam lokallaşdırılıb. Yanğın binanın dam örtüyündə başlayıb və şaxtadan keçən kabellər vasitəsilə yayılaraq, birinci mərtəbədə yerləşən ticarət mərkəzinin anbarına daxil olub. Dam örtüyünün təxminən 600 kvadratmetri yanıb. Hazırda anbarda yanğının söndürülməsi işləri aparılır”.
O qeyd edib ki, sakinlər təxliyə olunub, vətəndaşlar arasında xəsarət alan yoxdur:
“Yanğının baş vermə səbəbi araşdırılır. İlkin versiyada elektrik xəttindən başlandığı bildirilir. Dam örtüyündəki yanğını söndürən zaman yeddinci mərtəbədə olan iki mənzilə su ziyan vurub”.
PhotoStock.az yanğından görüntülər lentə alıb:
Daha çox foto burada: PhotoStock.az
12:41
“Yanğın iki saata yaxındır davam edib. Yanğın binadakı şaxtada başlayıb, dam örtüyünə və birinci mərtəbədə olan obyektə keçib”.
FHN əməkdaşlarının Baku TV-nin hadisə yerində olan müxbirinə şifahi verdiyi məlumata görə, söndürülmənin uzanmasına səbəb yanğının miqyasının böyük olmasıdır. Küləkli hava şəraiti də yanğının söndürülməsinə mane olub.
Binada 42 mənzil var. Sakinlər təxliyə olunublar. Onlar arasında xəsarət alan yoxdur.
Binanın sakini Pərviz İmanov bildirib ki, ilkin məlumata görə, binanın beşinci mərtəbəsindəki elektrik şəbəkəsində baş verən nasazlıq yanğına səbəb olub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə isə, qurum tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində Abşeron rayonu, Məmmədli kəndində yerləşən yeddimərtəbəli yaşayış binasındakı yanğın qısa müddətdə məhdudlaşdırılıb.
FHN-dən bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Yanğınla mübarizə tədbirlərinə nazirliyin ümumilikdə 25-ə yaxın texnika və 130 nəfərə yaxın canlı qüvvəsi cəlb olunub.
10:57
Abşeron rayonu, Məmmədli kəndində yeddimərtəbəli yaşayış binasının dam örtüyündə yanğın başlayıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
Əlavə məlumat veriləcək.
Qohumlarının aldığı arvaddan imtina etdi, məhkəməlik oldu - Azərbaycanda QƏRİBƏ HADİSƏ
Ali Məhkəmədən Ramiz Mehdiyevin kürəkəni haqda QƏRAR
Pensiya ilə bağlı milyonları sevindirən XƏBƏR: Proses başladı, rəsmən elan edildi
“Toyota”nın keçmiş direktoru vəfat etdi
Uçuşda 24 nəfər yaralanmışdı - Pilot marixuana çəkibmiş - VİDEO
Rusiyada şarjda olan avtomobil alışıb yandı - VİDEO
Süni intellekt mütəxəssislərinin ölkədən çıxışına məhdudiyyət qoyuldu
Maşınla vurulan piyada xəstəxanada öldü - FOTO
Düzgün yüklənməyən yük maşını dik yoxuşda aşdı – VİDEO
Qadın sürücü saxta polis avtomobilində tutuldu
Tiktoker "Bəniz"in həyat yoldaşının cəsədi tapıldı - Türkiyədə










