Abşeronda yaşayış binasındakı güclü yanğının başlamasının ilkin səbəbi bilindi - YENİLƏNİB - FOTO - VİDEO

“Yanğın iki saata yaxındır davam edir. Yanğın binadakı şaxtada başlayıb, dam örtüyünə və birinci mərtəbədə olan obyektə keçib”.
FHN əməkdaşlarının Baku TV-nin hadisə yerində olan müxbirinə şifahi verdiyi məlumata görə, söndürülmənin uzanmasına səbəb yanğının miqyasının böyük olmasıdır. Küləkli hava şəraiti də yanğının söndürülməsinə mane olur.
Binada 42 mənzil var. Sakinlər təxliyə olunublar. Onlar arasında xəsarət alan yoxdur.
Binanın sakini Pərviz İmanov bildirib ki, ilkin məlumata görə, binanın beşinci mərtəbəsindəki elektrik şəbəkəsində baş verən nasazlıq yanğına səbəb olub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə isə, qurum tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində Abşeron rayonu, Məmmədli kəndində yerləşən yeddimərtəbəli yaşayış binasındakı yanğın qısa müddətdə məhdudlaşdırılıb.
FHN-dən bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Yanğınla mübarizə tədbirlərinə nazirliyin ümumilikdə 25-ə yaxın texnika və 130 nəfərə yaxın canlı qüvvəsi cəlb olunub.
10:57
Abşeron rayonu, Məmmədli kəndində altımərtəbəli yaşayış binasının dam örtüyündə yanğın başlayıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
Əlavə məlumat veriləcək.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












