Ağdaşda özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA

Baş Prokurorluq Ağdaşda özünü yandıran şəxslə bağlı məlumat yayıb.
Qurumun Mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, Ağdaş Rayon Mərkəzi Xəstəxanasında özünü yandırmış 1983-cü il təvəllüdlü Rəvan Fətəliyev ümumiyyətlə müharibə iştirakçısı olmayıb, ona müharibə ilə əlaqədar əlillik təyin edilməyib.
Qeyd edək ki, bəzi sosial şəbəkələrdə Qarabağ müharibəsi iştirakçısının özünü yandırmasına dair məlumat və videogörüntülər paylaşılıb.
İlkin araşdırma zamanı Rəvan Fətəliyevin pensiya ödənişi ilə bağlı özünü yandırması, əl və üz nahiyəsində I dərəcəli yanıq izlərinin olması və hazırda vəziyyətinin stabil, qənaətbəxş olması müəyyən edilib.
Faktla bağlı Ağdaş rayon prokurorluğunda araşdırma aparılır.
“Bir daha media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən bu kimi həssas mövzularla bağlı məlumatların yalnız dəqiqləşdirildikdən sonra yayılması xahiş olunur”, - məlumatda deyilir.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












