Ağstafada çaydan meyit tapıldı - Polis əhaliyə müraciət etdi - FOTO

Ağstafa Rayon Polis Şöbəsinə Kür çayının Ağstafa rayonun Poylu qəsəbəsi hissəsindəki adacıqda naməlum meyit olması ilə bağlı məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Avtosfer.az-a bildirib ki, dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, çay suyunun çəkilməsi nəticəsində naməlum kişi meyiti üzə çıxıb. Onun əlamətləri belədir: boyu 165 sm-dir, yaş 45-55, üzərində zorakılıq əlamətləri yoxdur, boğazında mənzil açarı var.
Naməlum şəxs barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, 0222252552, 0505834102 telefon nömrələrinə və ya ərazi üzrə polis orqanlarına məlumat vermələri xahiş olunur.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO













