Ağsuda 5 il əvvəlki qətlə görə tutulanların sayı 3-ə çatıb

Ağsuda 5 il əvvəl qadını qətilə yetirən şəxsin atası və tanışı tutulub.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci il yanvar ayının 28-də Ağsu şəhər sakini Ayşən Qəhrəmanovanın naməlum şəxs tərəfindən öldürülməsi ilə əlaqədar Ağsu şəhər sakinləri - Bilal Vəliyev, Asif Manafov və atası Arif şübhəli şəxs qismində saxlanılıblar. İstintaqla müəyyən edilib ki, Asif Manafov münaqişə zəminində A.Qəhrəmanovanı şəhər ərazisindəki qəbiristanlıqda bıçaqla öldürüb, sonradan atası Arif və B.Vəliyevin köməyi ilə meyiti Kürdəmir rayonunun Kəngərli kəndi ərazisində basdırıblar. Qeyd olunan əraziyə baxış zamanı A.Qəhrəmanovanın meyitin qalıqları və geyim əşyaları aşkar edilərək götürülüb. Xatırladaq ki, martın 18-də Baş Prokurorluğun Mətbuat Xidmətinin yaydığı məlumatda A.Qəhrəmanovanın qətlinə görə Asif Manafovun şübhəli şəxs qismində tutulduğu qeyd edilmişdi.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












