Alkoqolsuz içkilərin istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb - FOTO

Bakının Suraxanı rayonunda Aşıq Pəri küçəsi, 303A ünvanında fəaliyyət göstərən alkoqolsuz içkilərin emalı müəssisəsində aparılan planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyənləşdirilib.
Bu barədə Avtosfer.az-a Qida Təhlükəsizliyi Agentliyinin İnformasiay təminatı və innovativ həllər şöbəsindən məlumat veriblər.
Yoxlama zamanı müəssisədə texnoloji ardıcıllıq prinsipinə və temperatur rejiminə əməl edilmədiyi, məhsulların etiketlənməsi zamanı qanunvericiliyin tələblərinə riayət edilmədiyi, işçilərin dövri tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı məlum olub. Eyni zamanda şadlıq saraylarından geri yığılmış butulkaların yuyulduqdan sonra istifadə olunduğu müəyyən edilib.
Sınaq məqsədi ilə məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Sınaq protokoluna əsasən məhsulun göstəricilərinin texniki normativ hüquqi sənədlərin tələblərinə uyğun olmadığı müəyyənləşdirilib.
Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib edilib, qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB















